Erkən nikahlar və onların fəsadları

    Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən,təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Bu məqsədlə 15.04.2024-cü il tarixdə H.Z.Tağiyev adına 123 saylı tam orta məktəbin UBTR Şəfa Orucova və Psixoloq Aygün Əsgərova 8A sinif şagirdləri ilə dəyirmi masa keçirdilər. Şagirdlərlə maraqlı söhbətlər oldu, maarifləndirici diskusiyalar keçirildi, fikir mübadiləsi aparıldı. Ümid edirik ki, bele dəyirmi masaların keçirilməsi gənc nəslin formalaşmasında böyük rol oynayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi