Təbiəti sevək və qoruyaq

    "Yasıl dünya naminə həmrəylik ili" çərçivəsində 06.04.2024-cü il tarixdə Milli Azərbaycan Tarix Muzeyi Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə ağacəkmə aksiyası keçirib. Aksiyada muzey əməkdaşları, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin müəllim və "Aqronom köməkçisi" üzrə təhsil alan şagirdləri iştirak edib.

Aksiyada şam ağacları və gül kolları əkilib, ağacların dibi yumşaldılıb.

    Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları "Aqronom köməkçisi" ixtisası üzrə təhsil alan şagirdlər üçün ayrılan sahə ilə tanış olublar. Şagirdlərin gördükləri işləri və onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

    Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək qeyd edib ki, Ramazan bayramı ərəfəsində keçirilən bu aksiyadan sonra muzey ilə H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəb əməkdaşlıq edəcək, müxtəlif layihələr və tədbirlər keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi