Məhəmməd Füzuli

    Məhəmməd Füzuli təkcə Azərbaycanın deyil,ümumiyyətlə şərq ədəbiyyatının ən məşhur söz ustadlarından biridir. Ümümdünya poetik fikrinin inkişaf tarixində onun ayrıca mövqeyi var. Şairin adı Honer, Ə.Firdovsi, N.Gəncəvi, Hafiz, Sədi, V.Sekspir, V.Hüqo kimi qüdrətli bədii təfəkkür bahadırları ilə yanaşı çəkilir. O, dünya söz sənətində bənzəri olmayan lirik şairdir. Füzuli ana dilimizdə yaranmış əsl lirik şeirin böyük banisi və ölməz dahisidir.

    Bu il ölməz şairin anadan olmasının 530 illik yubileyidir. Bu münasibətlə məktəbimizdə Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş tədbirlərə start verildi

08.04.2024-cü il tarixdə məktəbin dil ədəbiyyat müəllimi Şükürova Rəna Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi