Aprel döyüşləri-böyük zəfərin başlanğıcı

    Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi adı ilə düşüb. Dörd günlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır. Döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələnib.

Artıq o vaxtdan 8 il keçib. İşğaldan azad edilmiş Qarabağ torpağında bu gün Azərbaycan bayrağı dalğalanır. Xalqımız o günləri unutmur. Aprel döyüşləri zamanı həlak olan şəhidlərimizin xatirəsini daim əziz tutur.

    04.04.2024-cü il H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi Bahar Rəsulova 8d sinif şagirdləri ilə birgə Aprel döyüşlərinə həsr edilmiş tədbir təşkil etdilər.

Tədbirdə məktəb rəhbərliyi, şəhid valideynləri, Xəzər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət xidmətinin nümayəndələri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi