Canlı aləmin müxtəlifliyi

    29.03.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 6-cı və 7-ci sinif şagirdlərindən təşkil olunmuş qrupların iştirakı ilə Bakı Zooparkında açıq havada coğrafiya fənnindən dərslər keçirildi. Əzimova Gülnarə müəllimə şagirdlərə "Yerin canlı təbəqəsi", "Canlı aləmin müxtəlifliyi", "Azərbaycan Respublikasının bitki və heyvanat aləmi" mövzularında şagirdlərə çox maraqlı məlumatları çatdırdı.

    Zooparkda olan müxtəlif heyvan növləri şagirdlərin marağına səbəb oldu.Yaranan saysız suallara müəllimə ətraflı cavablar verdi. Keçirilən dərslərdən şagirdlər böyük təəssüratlarla qayıtdılar.

Bakı Zooparkının əməkdaşlarına qruplar və məktəb kollektivi adından Gülnarə müəllimə təşəkkür etdi. Maraqlı xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi