Etwinning layihəsi "English outside school"

    Məktəbimizdə hal-hazırda iki etwinning layihəsi vardır. Bunlardan biri ingilis dili müəllimimiz olan Vəfa Salehovanın iştirakçılarından olduğu digəri isə onun ortaq quruculuğu ilə yaradılmış "English Outside School" layihəsidir.

    Bu layihəyə 9a sinfinin üç şagirdi də qoşulmuşdur: Ləman Quliyeva, Həqiqət Rüstəmli və Nihat Qədirov.

    Bu layihənin digər ortaq qurucusu isə Türkiyədən ingilis dili müəllimi Özlem Zengindir. Bu iki ölkədən əlavə Rumıniya və Latviya numayəndələri də layihə iştirakçılarıdır.

    Bu layihə çərçivəsində şagirdlərimiz dərsdə öyrəndiklərindən savayı ingilis dilini məktəbdən çöldə necə və harada qarşılaşıb istifadə edə bilərlər əyləncəli şəkildə öyrənirlər. Layihənin tələblərindən biri də hər fəaliyyətdə Web2 alətlərindən fəal istifadədir. Dekabrdan başlanmış bu layihənin May ayında yekunlaşması planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi