Milli dəyərlərimiz

      Yurdumuza bahar gəlir, yaz gəlir. Yazın gəlişi həmişə özü ilə təbiətə,insanlara canlanma gətirir. Bahar əhval-ruhiyyəsi ilə şagirdlər də öz bilik və bacarıqlarını sınadılar. H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri arasında 15.03.2024-cü il tarixdə "Milli dəyərlərimiz" adlı Breyn-rinq yarışı keçirildi. Yarış Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin və 123 saylı tam orta məktəbin birgə təşkilatçılığı əsasında hazırlanmışdı.

    Yarışın təşkilində əməyi olan aparıcı Əzimova Gülnarə müəllimə yarışın əvvəlində hal-hazırda bu gözəl günləri bizə bəxş edən Ali Baş Komandanımız Cənab İlham Əliyevə, Milli Ordumuza, bizi səngərlərdə qoruyan əsgərlərimizə təşəkkürünü bildirdi. Qazilərimizə Allahdan şəfa,şəhidlərimizə rəhmət dilədi.

    Yarış 3 komanda "Torpaq", "Su", "Od", komandaları arasında keçirildi. Sualları hər üç komanda böyük həvəs, coşqu ilə hərtərəfli cavablandıraraq münsiflərin və tamaşaçıların rəğbətini qazandılar.

    Maraqla keçən yarışda çox kiçik fərqlə Xa sinfinin "Torpaq" komandası I yerə, Xp sinfinin "Od" komandası II yerə, Xb sinfinin "Su" komandası III yerə layiq görüldü.

    Məktəbin direktoru Sevinc Mustafayeva çıxışında şagirdlərə ruhdan düşməməyi tövsiyə etdi. Bu yarışlar şagirdlərimizin bilik və bacarığını üzə çıxarmağa imkan verir, həm də onların milli mənəvi dəyərlərimizi yüksək qiymətləndirərək , milli ruhda, vətənpərvər bir insan kimi formalaşmasında böyük rol oynayır.

Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin icraçı direktoru Heydər Mirzəyev yarışın sonunda şagirdləri təbrik etdi, komandalara kubok və sertifikatlar təqdim etdi.

Yarışın sonunda məktəb kollektivi və qonaqlar birgə xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi