Cek Londonun "Həyat eşqi"əsərinin müzakirəsi

    1905-ci ildə Amerika yazıçısı Cek London tərəfindən qələmə alınan hadisələrin təsvirinin canlılığı, həyatın ən ağrılı səhnələrinin çox ustalıqla canlandırıldığı

“Həyat eşqi” hekayəsində qaldırılan problemlər indi də aktualdır. Bu hekayə göstərir ki, insanın həyata olan sevgisi ən inanılmaz dərəcədə çətin vəziyyətdə belə yaşamağa kömək edir. Həyata olan sevgi cəsarət və dözümlülük, sonuna qədər döyüşməyinizi öyrədir. Nə olursa-olsun, hədəfə getməyi, yaşadığımız həyatı fəth etməyi öyrədir. Dostlara heç vaxt xəyanət etməməyi, ən yaxşısına inanmağı öyrədir. Həyat dolu bir Yolçunun alovlu mübarizəsi, sona qədər dayanıqlı duruşu əsərin əzəmətinin göstəricisidir.

    Həyatın mənası mübarizə aparmaqdadır. Bu, hər bir insanın öz əlindədir. Həyatın mənası çox şeydən asılıdır. Əgər insan zəhmətə qatlaşaraq, çətin şərtlərlə yaşayırsa, bu onun ideyalarını, arzularını gerçəkləşdirməyə maneə ola bilməz. İnsan üçün onun həyatından daha dəyərli heç nə yoxdur və həyat nə qədər dəhşətli olsa da, yenə də gözəldir.

23.02.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında dil və ədəbiyyat müəllimi Vəfa Məmmədova,kitabxanaçı Nigar Süleymanova 8d sinif şagirdləri ilə Cek Londonun"Həyat eşqi" hekayəsini müzakirə etdilər.

Şagirdlər əsərin qısa məzmununu danışdılar.

    Bill və Yolçu surətlərinin xarakterik xüsusiyyətlərini , Yolçunun həyatla mübarizədə sönməyən ümid və qətiyyətli addımlarını,təbiətlə insan qarşidurmasını müzakirə etdilər, digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi