Erkən nikahın cəmiyyətə vurduğu zərbə

    Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. Erkən yaşda nikaha daxil olma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Ailədə uşaqların düzgün tərbiyəsi həm ailə, həm də cəmiyyət üçün əhəmiyyətlidir.

    28.10.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Erkən nikahın cəmiyyətə vurduğu zərbə" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanı məktəbin Biologiya müəllimi Bahar Rəsulova, Psixoloq Aygün Əsgərova, UBR Şəfa Orucova təşkil etmişdir. 9a sinif şagirdləri ilə təşkil olunan bu dəyirmi masada çox maraqlı məqamlara toxunuldu,erkən nikahın cəmiyyətə vurduğu ziyandan danışıldı. Şagirdlərin verdiyi suallar cavablandırıldı və sonunda videoçarxa baxıldı. Dəyirmi masada 9a sinfindən 20-şagird iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi