“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar maarifləndirici dərs keçirildi

          Bildiyimiz kimi, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bununla bağlı məktəbimizdə şagirdləri maarifləndirmək məqsədi ilə 23.04.2024-cü il tarixində VIII sinifdə məktəbin həyat bilgisi müəllimi Gültəkin Müslümova tərəfindən “Yaşıl dünya və ətraf mühitin qorunması” ilə bağlı tədbir keçirildi. Tədbirdə şagirdlərə mövzu ilə əlaqədar slaydlar nümayiş olundu. Şagirdlər də mövzu ilə bağlı məlumatlar toplamışdılar və dərs zamanı diskusiyya aparıldı. Tədbirdə “Ətraf mühiti necə qorumaq olar?”, “Yaşıl dünya naminə nə edə bilərik?” sualları müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi