Monitorinq öncəsi psixoloji söhbət aparılıb.
Bu gün məktəbin psixoloqları Səid Lətifli, Aytac Məmmədovanın və təlim -tərbiyə işləri üzrə direktor müavini Elnarə Namazovanın iştirakı ilə 6 cı sinif şagirdləri ilə psixoloji söhbət aparılıb.
Söhbətin aparılmasında məqsəd şagirdlərdə, monitorinq qabağı yaranan stress, qayğı və depressiya kimi halların aradan qaldırılması olub. Psixoloqlar şagirdlərə stressdən və həyəcandan yayınmaq üçün lazimi məsləhətlər verdi, təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Namazova isə şagirdlərə monitorinq zamanı nə etməli olduqları qaydalarını izah etdi.