Plastik tullantıların yaranma tempinin azaldılması

7 noyabr tarixində  kimya müəllimi İlhamə Hüseynovanın rəhbərliyi ilə 10 "P" sinfində "Gündəlik həyatımızda və texnikada geniş istifadə olunan polimer materiallarının ətraf mühitə və insan orqanizminə təsiri " mövzusunda müzakirə olunub. Məlumdur ki , sürətlə artan plastik məmulat istehsalı ,plastik tullantıların, xüsusilə , plastik qablaşdırma tullantılarının yüksək templə çoxalmasına səbəb olmuş və onların ətraf mühitə mənfi təsirini minimuma endirmək məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir. Əsas məsələ tullantıların utilizasiyası, təkrar emalı və təkrar istifadəsidir və s. Bu istiqamətdə Azərbaycan məktəbliləri arasında ilk olara 10 "P " peşəyönümlü sinfin şagirdləri qablaşdırma tullantısını müəyyən həlledicidə həll etməklə alınan şəffaf mayedən ağacdan hazırlanmış alətlərin rənglənməsində istifadə edərək müsbət nəticə əldə ediblər və bu təcrübəni onlar digər dekor işlərində də həyata keçirməyi nəzərdə tutublar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi