"Bayraq mənliyimdir" adlı tədbir keçirildi

8 noyabr 2019-cu ildə məktəbimizin direktoru Vələddin Nurəddinovun təşəbbüsü ilə Bayraq gününə həsr olunmuş "Bayraq mənliyimdir" adlı tədbir keçirildi. Tədbirdə direktor, müavinlər, uşaq birliyi rəhbəri, müəllimlər və valideyinlər iştirak etdi. Tədbir dövlət himninin səslənməsi ilə başladı. Daha sonra məktəbimizin direktoru çıxış edərək tədbir iştirakçılarını  "Bayraq günü" münasibətilə təbrik etdi, şagirdlərə uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı daima uca tutmağı tövsiyə etdi. 

  Həmçinin şagirdlər bayraq və vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar ifa etdilər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.Tədbirin təşkilinə və tərtibata görə Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Dadaşovaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi