IV siniflərdə monitorinq keçirildi

5 noyabr 2019-cu il tarixində Təlim-tərbiyə işləri üzrə direktor müavini Gülər İsmayılova və  Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə şagird nailiyyətlərinin inkişaf dinamikasını izləmək məqsədilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə IV siniflərdə monitorinq keçirildi. Monitorinqlər nəticəsində şagirdlərin təlim fəaliyyətləri ardıcıl və sistemli şəkildə qiymətləndiriləcək, nəticələr təhlil olunacaq və müvafiq qərarlar qəbul ediləcəkdir. Şagird irəliləyişlərinin monitorinqi sistemi il ərzində şagirdin təlim, müəllimin tədris fəaliyyətini , fənn üzrə təlim nəticələrinin əldə olunmasına istiqamətləndirən və dərs ilinin sonunda hər iki tərəfin fəaliyyətini qiymətləndirməyə imkan verən texnologiya olduğu üçün vaxtaşırı keçiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi