"Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları" mövzusunda məktəblilərlə maarifləndirici tədbir keçirildi

Oktyabrın 31-də tərbiyə işləri üzrə direktor müavini Rzayeva Şölənin təşkilatçılığı ilə keçirilən tədbirdə əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaqdan ibarət idi. IX, X, XI sinif şagirdlərin iştirakı ilə baş tutan tədbir 2 hissəli idi. 1-ci hissə qız şagirdlər, 2-ci hissə isə oğlan şagirdlərin iştirakı ilə davam etdi.Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova və Fiziki tərbiyə müəllimi Rəsul Mahmudov məlum mövzuda şagirdləri maarifləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi