"Mini-futbol turniri"

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş "Mini-futbol turniri" başa çatıb.

"Məktəblinin Dostu" layihəsi çərçivəsində 117 nömrəli tam orta məktəbdə keçirilən turnirdə IX, X, XI sinif şagirdləri iştirak edib.

Turnirin keçirilməsində məqsəd məktəblilərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılmasıdır.

Final qarşılaşmasında 10c sinfi 10a sinifini məğlub edərək "Mini-futbol turniri"nin qalibi olub. 10a sinfi II, 9f sinfi III yeri tutub.

Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırması mərasimi keçirilib. Yarışda I, II və III yerləri tutan komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Qasımov, “Sabah” klubunun mətbuat katibi Elnur Həmidov, “Sabah” klubunun futbolçusu Elşən Abdullayev, “Məktəblinin dostu” layihəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edirb.

Çıxış edən qonaqlar qalib komandaları təbrik edib, dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi