Şagirdlərin uğurları

Məktəbimizin IX, X, XI sinfində oxuyan 21 şagirdİ Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhəsində iştirak etmişdir. Şagirdlərimiz Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən imtahan veriblər. Bu gün əldə etdiyimiz nəticələrə əsasən məktəbimizin 4 şagirdi yüksək nəticə göstərərək növbəti mərhələyə - fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanıblar. İbrahimova Bahar - Biologiya, İlkin Paşazadə - Azərbaycan dili, Gülhanə Hadıyeva - Coğrafiya, Firuzə Ağayeva - Fizika fənni üzrə məktəbimizi təmsil edəcəklər. Şagirdlərimizə yarımfinal mərhələsində də uğurlar arzu edirik və inanırıq ki, onlar bu mərhələdə də yüksək nəticələr əldə edəcəklər. Onlara dərs deyən və olimpiadaya hazırlayan müəllimlərimizə də təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi