Azad 27 il

18 oktyabr 2018- ci il tarixində  “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunan mühazirə və  təşkil edilib. Eləcə də məktəbdə bayram münasibətilə divar qəzetləri  hazırlanıb, ibtidai sinif şagirdləri arasında inşa yazı müsabiqəsi, şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.        

   Mühazirədə çıxış edən məktəbin tarix müəllimləri Kamilə Niftalıyeva və Kamal Hacıyev  27 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyi və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutuğunu bildiriblər.

  Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi