Beynəlxalq Müəllimlər Günü

5 oktyabr 2018- ci il tarixində müxtəlif siniflərdə “Müəllim günü”nə həsr olunmuş təşkilat saatları, tədbirlər keçirilib. Burada müəllim peşəsinin gözəlliklərindən, bu sənətin sirlərindən danışılıb. Bu tədris ilində məktəbdə ilk dəfə müəllim kimi fəaliyyətə başlayan şəxslər pedaqoji kollektiv  tərəfindən təbrik edilib.Onlara bu çətin və şərəfli işdə müvəffəqiyyət arzulanıb. Onlardan ikisi – 1G Gülnarə Nağıyeva və 1N Səbinə Ağayevanın  hazırladıqları tədbir müəllimlərə xoş təəssürat bəxş etmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlərlə yanaşı valideynlərdə iştirak etmişdir.. Şagirdlər hər bir kəsin həyatında müəllimin böyük rolu olması barədə səhnəciklər gəstərib, şeirlər, mahnılar, rəqslər ifa ediblər. Onlar böyük sevgi ilə müəllimlərini təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi