Bir həqiqət haqqında

12 oktyabr 2018 – ci il tarixdə  Xəzər Gənclər Evinin təşkilatçılığı ilə Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyində Bir Həqiqət Haqqında” Nəsimi qəzəllərinə video çarxların çəkilməsi müsabiqəsinin təqdimat mərasimi keçirilib və 13-23 sentyabr tarixlərində keçirilən "Bir Həqiqət Haqqında" müsabiqəsinin nəticələri elan olunub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Birliyin Xəzər rayon bölməsinin rəhbəri Arif Buzovnalı çıxış edib və Nəsimi yaradıcılığı müzakirə olunub. Tədbirin bədii hissəsi Xəzər gəncləri tərəfindən Nəsimi qəzəllərinin ifası ilə davam edib. Tədbirin davamında qalib video çarx nümayiş olunub və qalib çarxın müəllifləri Samir Hüseynov və İbrahim Tağıyev mükafatlandırılıblar. Tədbirdə məktəbimizin şagirdləri də iştirak etmiş,sonda isə Eko Park ərazisi ilə tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi