Ümummilli lider

Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Azərvaycanın dahi oğlu Heydər Əliyevin doğum günü məktəbimizdə də xüsusi şəkildə qeyd olunmuşdur. Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş inşa, şeir, rəsm müsabiqələri keçirilmiş, qaliblər diplomlarla təltif olunmuşdur. Şagirdlər tərəfindən Heydər Əliyevin siyasi yolunu özündə əks etdirən divar qəzetləri hazırlanmış, rəsm sərgisi keçirilmişdir. Məktəbin tarix müəllimləri şagirdlərə Heydər Əliyevin tarixdə tutduğu yer barədə maarifləndirici söhbətlər aparmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi