Dilimiz - kimliyimizdir

     Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir.

      XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək, dövlət dilinə çevrilməsi beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol açması, zənginləşə-zənginləşə nüfuz qazanması, hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib. Ulu öndərin ana dilimizə bəslədiyi məhəbbət və prinsipiallıq sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi. Ulu öndər Heydər Əliyev çıxış və nitqlərində ana dilinin gözəlliyindən, zənginliyindən məharətlə istifadə edərək dilçi və ədəbiyyatçılardan daha səlis və rəvan danışardı. Tərifində də, tənqidində də elə ifadələr, sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas-alim də ulu öndər Heydər Əliyevin yaddaşına, sözdən istifadə etmək məharətinə, Azərbaycan dilinə yanaşmaq istedadına heyrətlənməyə bilmirdi. 
      Həyat göstərdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində də mərdliklə dayandı, nüfuzunu qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və istəyinə nail oldu. Elə bu şərəfli xidmətin nəticəsidir ki, ana dilimizin adı çəkilən kimi ulu öndəri xatırlayırıq. 
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin xidmətləri unudulmazdır. 18 iyun 2001-ci il tarixdə ümummilli lider tərəfindən "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman verildi. Həmin tarixi fərmanda Azərbaycan ədəbi dilinin portreti çox aydın çəkildi, keçdiyi tarixi yola ətraflı işıq salındı. 

      Bu gün məktəbimizdə də müəllim və şagirdlər tərəfindən sevinc və fəxr hissi ilə qeyd olundu. Məktəbimizin ana dili- ədəbiyyat müəllimi Gülnar Dadaşova 6 F sinfindəki dərsini bu günki əlamətdar günə həsr etmiş, ana dilimizin keçmişdən bu günə kimi keçdiyi tarixi – bədii inkişaf yolu haqqında şagirdlərə məlumat vermişdir. Məktəbin 5ç,5ə,5d,6e,6d sinifləri də , bu günki günün qeyd olunmasında fərqlənmişlər.

Dilimiz- kimliyimizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi