Təmizlik gözəllikdir

     Alimlər deyirlər ki, uşağın dünyagörüşü ağ vərəq kimidir, ora istədiyin sözləri yaza bilərsən.Biz də məktəb olaraq bu fikri əsas götürüb məktəbin tibb bacısı, tərbiyə işləri üzrə direktor müavini və “Məktəblinin dostları “ ilə birgə ibtidai siniflərdə silsilə yoxlama və maarifləndirici söhbətlər apardıq. Mütəmadi olaraq əllərin yuyulması,dişlərin gün ərzində ən azı iki dəfə fırçalanması, meyvə və tərəvəzlərin yuyularaq yeyilməsi və s.vərdişlərin aşılanmasını təbliğ edən söhbətlərin əsas məqsədi gələcəkdə baş verə biləcək yoluxucu xəstəliklərin qarşısını almaqdır.

    Təkcə əl-üzün, üst-başın deyil, ətraf mühitin də təmizliyinə çalışmaq hər birimizin insanlıq borcudur. Əgər biri evinin zibilini süpürüb, insanların gəlib-getdiyi yola tökürsə, bu təmizlik yarımçıqdır, el arasında deyildiyi kimi, bığdan alıb saqqala qoymaqdır. Əsl təmizlik bir şəhərin, bir ölkənin, bütün dünyanın təmizliyini düşünmək və bu istiqamətdə çalışmaqdır. Təmizlik tərbiyəsi kompleks bir işdir və gün boyu davam etdirilməlidir. Uşaq yuxudan duran kimi, düşündüyü ilk iş təmizlik olmalıdır. Yatağın yığışdırılması, otağın səliqəyə salınması, əl-üzün yuyulması, dişlərin fırçalanması, saçları daramaq, dırnaqları tutmaq, paltarları ütüləmək, ayaqqabıları təmizləmək tərbiyənin müəyyən çalarlarını ifadə edir
     Təmizlik gözəllikdir, insanlığın ən mühüm şərtlərindəndir. Təmiz olmaq və təmizliyi aşılamaq, ən əsası isə tərbiyə halına gətirmək bizim insanlıq borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi