Maraq dünyamız

"Məktəblinin Dostu" layihəsi çərçivəsində ötən həftə 117 saylı məktəbdə “Maraq dünyamız” adlı layihə baş tutub. 
V-XI siniflərin iştirak etdiyi fəaliyyətdə şagirdlərin istəyi nəzərə alınaraq mövzular seçilib və təlim verməsi qruplar üzrə təyin edilib. İctimai nitq vərdişinin formalaşdırılması məqsədilə keçirilən təşəbbüsdə ilkin olaraq şagirdlər Məktəblinin Dostlarının köməyi ilə bir həftə ərzində təlim keçəcəyi mövzuya hazırlaşdırılıb. Seçimlərdə əsasən akademik göstəriciləri yüksək olan, lakin auditoriyada çıxış etməkdən çəkinən şagirdlər seçilib. Maraqla qarşılanan təlimlərin hər birində dinləyici olaraq 40 şagird iştirak edib.

Təlimçi şagirdlər tərəfindən "Uğura gedilən yol" və "Sosial şəbəkələrdən düzgün istifadə" haqqında təlimlər keçilib. Şagirdlərdə özünü ifadə bacarığının inkişafı ilə yanaşı müxtəlif mövzular barəsində yeni biliklərin əldə olunması layihənin davamlı olmasını labüdləşdirib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi