Hədəfə gedən yol

      Hər yerdə olduğu kimi ixtisas və peşə seçiminin də öz qaydaları var. Onları bilməklə Siz ixtisas və peşənizi daha rahat müəyyənləşdirə bilərsiniz. İxtisas və peşə seçimi edərkən ən vacib qaydalardan biri də odur ki, seçim zamanı üç vacib meyarı nəzərə alasınız: “istəyirəm”, ”bacararam”, ”gərəkdir”. Başqa sözlə desək, “Siz bu peşə ilə məşğul olmaq istəyirsinizmi?”, ”Bu peşə ilə məşğul olmağı bacaracaqsınızmı, buna gücünüz çatacaqmı?”, ”Bu ixtisas, bu peşə müasir əmək bazarında gərəkdirmi, ona tələbat varmı?” suallarını səmimi cavablandırmalısınız. İdeal peşə bu üç meyara uyğun gələn peşədir. Bu məqsədlə Bakı Mühəndislik Universitetinin tələbələri ilə məktəbin X siniflərinin görüşü keçirilmişdir. Görüş zamanı şagirdləri maraqlandıran suallara cavab verilmişdir. Görüş iki mərhələdən : I hissədə tələbələr universitet həyatından, tələbəlik xatirələrindən bəhs etmişlər, çay fasiləsindən sonra isə şagirdlər maraqlandıqları ixtisasalar haqqında ətraflı məlumatlar almışlar.Məktəb rəhbərliyi tərəfindən  gələcəkdə də bu tip görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi