Qan torpağa qarışmasa "Vətən " olmaz

       Gənclər bizim gələcəyimizdir. Zaman-zaman ən mötəbər kürsülərdən səslənən və nəsillərin bir-birini əvəz etməsi fonunda gəncliyə böyük ümidləri ifadə edən bu deviz - şüar həmişə aktual olub. Çünki bəşəriyyətin sadə yaşam məntiqi belədir. Bu gün həyatın bütün sahələrində quruculuq işlərinin sükanı arxasında olan orta və yaşlı nəsili sabah gənclər əvəz edəcək. Ölkənin qurucuları, sahibləri onlar olacaqlar. Bu mənada gəncləri sabahkı həyata, ata-babalarının işlərini ləyaqətlə davam etdirməyə, dövlətin, xalqın onlara bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısına çevrilib. 

       Təsadüfi deyildir ki, Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların, xüsusilə də təhsil işçilərinin qarşısında ən mühüm vəzifə kimi qoyur, müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi. Ulu öndər hələ 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki nitqində  gənclərin vətənpərvərlik  tərbiyəsinin zəruriliyinə  toxunaraq demişdir: "Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə bu dövlətin müstəqilliyinin, suverenliyinin təmin olunmasını öz həyatının əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim gənclər, təhsil alan gənclər gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən humanitar fənlər gərək  gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin...

     Təhsil ocaqlarında milli qəhrəmanlarla, Qarabağ uğrunda savaşda böyük igidliklər göstərmiş vətən oğulları ilə keçirilən görüşlər, onların həyat və döyüş yolu ilə gənclərin yaxından tanış edilməsi də gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsinə güclü təsir göstərən amillərdəndir. Biz də məktəb olaraq bu məsuliyyəti anlayır və Azərbaycan tarixində mühüm rol oynayan  xüsusi və önəmli günləri qeyd edir, şagirdləri tam məlumatlandırmağa çalışırıq. Məktəbimizdə  “20 Yanvar “ şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlərdən birində  Binə qəsəbəsi Bələdiyyə sədri Habil Həmidov da iştirak etmiş, çıxışında -  Vətənin müqəddəsliyi , bir qarış torpağın dəyərindən, şəhidlik zirvəsindən söhbət açmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi