Bir qara parta

       Ermənistanla olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Bu işin reallaşdırılması əsasən gənc nəslin üzərinə düşür. Belə bir şəraitin mövcud olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Hər bir vətəndaşa milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir

        Bəli, müəllimlərin şagirdləri üzərində olan haqqı bitməz. Ən kiçik yaşlarından torpağın, vətənin dəyərini hər an onlara öyrədir,müqəddəs bildiklərinə hörmət hissini aşılayır. Məktəbimiz adını daşıyan Sabir Abbasovun müəllimi Məlikova Səlimə də belə müəllimlərdən biridir. Şəhidimizin ana dili - ədəbiyyat müəllimi olan Məlikova Səlimə sevimli şagirdinin anım gününü hər il qeyd edir, yeni gələn nəsilləri şəhidin xatirələri ilə tanış edir. 28 ildi ki yorulmadan şəhidin anım gününü xüsusi qeyd edən müəllimə  - Bəlkə, bu yolla şəhid qarşısındakı vətəndaşlıq borcunu ödəyə biləcəyini qeyd edir.

İllər ötür, şəhid Sabir Abbasovun əyləşdiyi partaya yeni –yeni Sabirlər,Mübarizlər, Fəridlər ,Elçinlər əyləşir. Amma onlara dərs deyən müəllimlər üçün həmişə  həmin yerlər“Bir qara parta “ kimi görünür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi