Vətən üçün doğulmuşuq, Vətən üçün ölməliyik

         Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan tək gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o, özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, qanlı 20 Yanvar kimi.
        20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran, qəlblərində gəzdikləri doğma torpağın bütövlüyünü, toxunulmazlığını, azadlığını qorumaq hissidir. Sonrakı bütün tarix boyu 20 Yanvar şəhidləri yaddaşlarda qalacaq və əbədi yaşayacaqdır.
        20 Yanvar faciəsi bizə müqəddəs bir and yeri bəxş etdi. Doğma Bakımız Dağüstü park kimi tanınan ünvanı möhtəşəm bir məzara çevrildi və ilk şəhidlərini qəbul edərək Şəhidlər xiyabanına döndü. Bu müqəddəs yer bugünkü azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin ziyarətgah yerinə çevrildi.

      Hər il olduğu kimi bu ildə “Şanlı tariximiz”in ən  əzəmətli, azadlığa ,müstəqilliyə aparan mübarizə yolu xüsusi şəkildə qeyd olunmuşdur. “Məktəblinin dostları” , ibtidai sinif müəllimlərinin  və U.B.R təşkilatçılığı ilə silsilə tədbirlər keçirilmişdir. Şagirdlərin ifasında vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeir,səhnə və mahnılar oxunmuşdur. Şagirdlər tərəfindən “20 Yanvar “ gecəsini əks elətdirən divar qazetləri , rəsm əsərləri məktəbin dəhlizində sərgilənmişdi.

Bütün siniflərdə “20 Yanvar “ hadisəsi haqqında şagirdlərə müəllimlər tərəfindən dolğun məlumat verilmişdi. Eyni zamanda məktəbimizin adını daşıyan şəhidimiz Sabir Abbasov haqqında məlumat verilmiş, həyatına həsr olunmuş, o gecəni əks elətdirən  səhnələr təqdim edilmişdir.

Biz - şəhidlərimizin qanı hesabına qurulmuş dövlətin varisləriyik. Uğrunda ölən varsa Vətən var. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi