Ulu Öndər

    Yeni Azərbaycan partiyasının təşəbbüsü ilə məktəbimizdə 10- 11 yanvar tarixlərində “Heydər Əliyevin sosial – iqtisadi tədbirləri “ mövzusunda mühazirələr keçirilmişdir. Müstəqil həyata qədəm qoymaqlarına bir neçə ay qalmış XI sinif şagirdlərinin bu tip tədbirlərə cəlb olunması, onlara umummilli lider Heydər Əliyevin Azərbaycan uğrunda gecə - gündüz demədən, yorulmadan çalışması, böyük uğurlara imza ataması barədə məlumat verən müəllimlərin səylə çalışmasi təqdirə laiqdir. Tədbirə ev sahibliyi edən məktəbimizin XI sinif şagirdləri ilə yanaşı 149, 121, 218, 136 və 323 nömrəli tam orta məktəbin şagirdləri də iştirak etmişlər.

       İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxma­mış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. Bu səbəbdən Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatları hər bir Azərbaycan vətəndaşı bilməyə borcludur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi