Bədən Tərbiyəsi və İdman Günü

“5 mart- Bədən Tərbiyəsi və İdman günü” münasibətilə 4 mart 2024-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, Xəzər Gənclər Evində, rayonun idman həyatında fəal olan bir qrup idman mütəxəssisi və müxtəlif idman növləri üzrə yüksək nəticlər göstərmiş idmançıların təltif olunması mərasimi keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, BŞGİİ-nin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, şahmat üzrə beynelxalq qrossmeyster Zeynəb Məmmədyarova, rayonun orta ümumtəhsil müəssisələrinin rəhbərləri, məşqçi və valideynlər iştirak edirdi. 

“5 mart- Bədən Tərbiyəsi və İdman günü” və ölkəmizdə idmana olan dövlət qayğısı haqqında çıxışlar və əldə olunacaq növbəti nailiyyətlər barədə müzakirələrdən sonra nominantlar fəxri fərmanlarla təltif olundu, xatirə şəkillləri çəkildi.

    Məktəbimizin şagirdi Əzizov Ayxan Orxan oğlu da mükafatlandırılan şagirdlər arasında olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi