Xocalı faciəsinə həsr olunmuş sərgi

   Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. 

   1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və bəşəri cinayəti–Xocalı soyqırımını  törətdiyi gündür. 

   Bu soyqırımı 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biridir. Xocalı qətliamı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələrinin oxşarıdır.

     Bu faciə illər keçsə də unudulmaz,unudulmamalıdır! Gələcək nəsillər də bu faciəni tanımalıdır.

     Məktəbimizdə təsviri-incəsənət müəllimi Ağanaz Əliyevanın təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir.Şagirdlər həm öz bacarığını nümayiş etdirmişlər, həm də bu misli görülməmiş faciəni yaxından tanımışlar.Qalib şagirdlər mükafatlandırılmışdır.Bu sərginin keçirilməsində məqsəd şagirdləri vətənpərvər ruhda yetişdirməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi