Aslan Abbasov

25 dekabr məktəbimizin məzunu Aslan Abbasovun doğum günüdür.44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan məzunumuzun əziz xatirəsini yad etmək üçün direktor müavinləri, müəllimlər,şagirdlər bu gün Şəhidlər Xiyabanına getmişdirlər.Onlar şəhidimizin məzarı üzərinə çiçək qoymuş,şagirdlərimiz Aslana həsr olunmuş şeirlər səsləndirmişlər.Direktor müavini Vasif Abdullayev şəhidimizin əziz xatirəsinin heç vaxt unudulmayacağını ,hər zaman böyük ehtiram və qürur hissi ilə yad olunacağını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi