Xüsusi təhsil sinfində "Əlifba bayramı" keçirildi

Mayın 26-da məktəbimizin 1y  sinfində xüsusi təhsil alan şagirdlər üçün "Əlifba bayramı" keçirildi.Sinif rəhbəri Təranə Əliyeva və məktəbin fiziki tərbiyə müəllimi Ülvi Əhmədovun təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqlar,məktəbin direktoru,direktor müavinləri ,valideynlər iştirak edirdilər.Tədbirdə şagirdlərin ifasında bir-birindən maraqlı rəqslər nümayiş etdirildi,şeirlər səsləndirildi.Şagirdlərimizin böyük sevinclə iştirak etdiyi tədbirdə məktəbin direktoru Vələddin Nurəddinov çıxış edərək şagirdlərimizə növbəti tədris illərində uğurlar arzulayıb onların gələcəkdə valideynlərinin və məktəbimizin fəxri olacağına inandığını bildirdi.İştirak edən qonaqlar çıxışlarında valideynlərimizi övladlarının birinci sinfi bitirməsi münasibətilə təbrik etmiş şagirdlərimizə uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi