Respublika fənn olimpiadasında iki medal qazandıq

Məktəbimizin  iki şagirdi Respublika fənn olimpiadasının final mərhələsində iştirak edərək bürünc medala layiq görülüblər.Belə ki,X c sinfində təhsil alan Hüseynov Elman Valeh oğlu artıq üçüncü ildir ki ,hər il biologiya fənni üzrə olimpiadanın finalında medal əldə etməyi bacarmaqla kollektivimizi sevindirmişdir.Digər şagirdimiz VIII c sinfində təhsil alan Hüseynova Qəmər Ramil qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə uğurlu nəticə göstərərək medal əldə etmişdir.Bu münasibətlə şagirdlərimizi ,onların valideynlərini ,şagirdlərimizin üzərində əməyi olan biologiya müəllimi Ülkər Hüseynovanı, Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Yusifovanı təbrik edir,şagirdlərimizə uğurlarının davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi