Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı tədbir keçirildi

Mayın 6-da məktəbin akt zalında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı tədbir keçirildi.Ümummilli liderin 100 illik yubileyi ilə əlaqədar təşkil olunan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova,Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə,Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ofeliya Məmmədzadə,şəhid anaları,məktəb direktorları,valideynlər ,şagirdlər və məktəbimizin kollektivi iştirak edirdi.

Tədbir Dövlət Himnimizin səslənməsi , Ulu Öndərimizin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Sonra şagirdlərimizin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndi,mahnılar ifa olundu,rəqslər nümayiş etdirildi.Ulu Öndərin keçdiyi böyük,mənalı, şərəfli həyat yolu və Ümumilli liderin dahi siyasətini uğurla davam etdirən İlham Əliyevin müdrik siyasətini özündə əks etdirən bir-birindən maraqlı videoçarxlar və səhnəciklər təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi