Rayon birinciliyinin qalibi olduq

Aprel ayının 12-13-də “Gənc xilasedici və yanğınsöndürən” adlı X Ümumrespublika yarışının rayon birinciliyi keçirilmişdir.FHN-in təşkilatçılığı, Elm və Təhsil nazirliyinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.“Heydər Əliyev İli”nə həsr olunmuş yarışda  məktəblər IX-XI sinif şagirdlərindən ibarət yeddi nəfərlik komanda ilə çıxış etmişlər.Gərgin mübarizə şəraitində keçən yarışda məktəbimizin komandası Xəzər rayon məktəbləri arasında ən yüksək nəticə göstərərək finala yüksəlmişdir.Bu münasibətlə məktəbin direktoru Vələddin Nurəddinov da komandamızı təbrik edərək onlara növbəti mərhələdə uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi