"Yol təhlükəsizliyinin təmin olunmasında yol pasportunun tətbiqi mühüm vasitə kimi"

1 noyabr tarixində məktəbimizdə "Yol təhlükəsizliyinin təmin olunmasında yol pasportunun tətbiqi mühüm vasitə kimi" mövzusunda məlumat sessiyası keçirildi. Tədbirdə "Həyat" Humanitar Dəstək ictimai birliyinin sədri Azər Allahverənov, 46 № li məktəbdənkənar Tərbiyə İşi mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, Xəzər rayonun ümumtəhsil məktəblərinin direktor müavinləri və məktəbimizin yuxarı sinif şagirdləri iştirak etmişdi. Yol hərəkətinin vacibliyi haqqında çıxışçılar geniş məlimat verdikdən sonra, bununla bağlı olan problemlər müzakirə olundu. Bu cür tədbirlərin keçirilməsi maarifləndirmə istiqamətində geniş imkanlar yaradır. Tədbirin təşkilatçılarına məktəb rəhbərliyi adından təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi