Beynəlxalq Ana Dili Günü

Bildiyimiz kimi bu gün fevralın 21-i bütün dünyada "Beynəlxalq Ana Dili Günü" kimi qeyd olunur. 1990-cı ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-i YUNESKO tərəfindən "Beynəlxalq Ana Dili Günü" elan edildi.

Azərbaycan Dili Azərbaycan xalqının varlığıdır. Hər bir insan öz Ana dilini yaxşı bilməli və onu qorumalıdır.

Bu gün Ana Dili Günü ilə bağlı S.Abbasov adına 117 nömrəli tam orta məktəbdə məktəbin ibtidai sinif müəllimi Nurlanə Ramazanovanın 2 c sinif şagirdləri ilə hazırladığı kiçik bir tədbir keçirildi. Tədbirdə məktəbin bir çox müəllimi və şagirdlər iştirak etdilər. Tədbirdə Ana dilinin keçmişi, bu günü ilə bağlı məlumatlar verildi.

Şagirdlər Ana Dilimizin möhtəşəmliyini, müqəddəsliyini, şirinliyini daim qoruyub saxlamalıyıq kimi fikirlər səsləndirdilər. Ana Dili ilə bağlı çoxlu şeirlər, mahnılar, sehnecikler, mətnlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi