2 Fevral - Azərbaycan Gəncləri Günü

"2 Fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş konsert proqramı təşkil edildi.

Fevralın 2-də Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Şüvəlan Mədəniyyət Evində "Gənc müəllimlər ilə görüş - konsert keçirildi.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, ATİAHİ Xəzər Rayon komitəsinin sədri Həzəlxan Əbilov, Şüvəlan Mədəniyyət Evinin direktoru Səma Sadıqova və 100-ə yaxın gənc müəllim iştirak edirdi. Məktəbimizin 5 gənc müəllimi də bu gənclərin sırasında yer almışdır. Əhmədov Ülvi, Sarıyev Səyyad, Adıgözəlova Günel, Hacıyev Elnur və Xanoğlanlı Aygün çüəllimlərimizi təbrik edir gələcək işlərində uğurlar arzu edirik.

Tədbirin sonunda konsert proqramında iştirak edən müəllimlər Xəzər Rayon Gənclər və İdman İdarəsi və ATİAHİ Xəzər Rayon Komitəsi tərəfindən "Təşəkkürnamə" ilə təltif edildilər.

Konsert proqramı Şüvəlan Mədəniyyət Evinin qızlardan ibarət rəqs kollektivinin rəqsi ilə yekunlaşıb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi