İmhatanlara hazırlıq

27.01.2022-ci il tarixində Bakı şəhəri S.Abbasov adına 117 nömrəli tam orta məktəbin Peşə təmayüllü siniflərin şagirdlərinin DİM-in Riyaziyyat fənni üzrə eksperti Müstəqil Qymətləndirmə Mərkəzinin , həmçinin Kainat tədris mərkəzinin rəhbəri İlqar Ağakişiyev və Kainat tədris mərkəzinin Binə filialının rəhbəri Ruslan Ağakişiyev ilə görüşü keçirildi. Görüşdə I, II, III, IV və V qrupların imtahanları, yeniliklər haqqında şagirdlərə məlumat verildi. Görüş diskusiya şəklində keçdi. Şagirdlər maraqlandıqları suallarla ekspertlərə müraciət etdilər və ətraflı cavablarını aldılar. Sonda Qənnadçı qrupumuzun şagirdləri qonaqlarımızı öz bişirdikləri şirniyyatlara qonaq etdilər. Həm şagirdlər , həm də qonaqlarımız bu tədbirdən çox razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi