Qan torpağa qarışarkən

18 yanvar tarixində məktəbin Uşaq birliyi rəhbəri Aytən Yusifovanın təşkilatçılığı ilə "20 Yanvar faciəsi " qurbanlarının xatirəsinə həsr olunmuş " Qan torpağa qarışarkən" başlıqlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeir, musiqi və səhnəciklər ifa olundu. Məktəbimizin adını daşıyan şəhid Sabir Abbasovun həyatından məlumatlar verildi. O gecənin şahidləri olan Sabir Abbasovun bacısı Nəzakət xanım və aktyor, incəsənət xadimi İlham Əziz öz xatirələrini şagirdlərlə bölüşdülər. Sonda məktəbin direktoru Vələddin Nurəddinov 20 Yanvar faciəsinə həsr olunmuş inşa yarışının qaliblərini diplomlarla təltif etdi.

Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi