Peşə təmayüllü siniflərin təşkili

29 dekabr tarixində peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarka keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Teymur Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

BŞTİ-nin tabeliyindəki 234, 120 və 117 nömrəli tam orta məktəblərin təşəbbüsü ilə təşkil olunmuş sərginin əsas məqsədi şagirdlərin əldə etdikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissi formalaşdırmaq, məktəbliləri əmək bazarına hazırlamaq, ətraf mühitə fəal inteqrasiyasını təmin etməkdən ibarətdir. Həmçinin "Əsas səriştələr" fənnində öyrəndikləri "Peşə etikası və müştərilərə xidmət", "Sahibkarlıq", "Estetika və mədəni özünüifadə" kimi modulların reallaşdırılması və peşə təmayüllü siniflər arasında həmrəylik yaratmaq da əsas hədəflərdəndir.

Qeyd edək ki, yarmarkadan əldə olunan vəsait "YAŞAT" fonduna köçürüləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi