"Sazlı-sözlü Ələsgər"

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, aşıqlar aşığı Dədə Ələsgərin anadan olmasının 200 ili tamam olur. Nəinki Azərbaycan, eləcə də Türkiyə, İran, Orta Asiyada məşhur olan Dədə Ələsgərin aşıq ədəbiyyatına verdiyi töhfələr, oynadığı mühüm rol Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" 2021-ci il 18 fevral tarixli sərəncamında bir daha vurğulanır.

25 noyabr tarixində 117 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfərova Ülviyyə və təsviri incəsənət müəllimi Həsənova Zülfiyyənin təşkilatçılığı ilə 7E sinfində "Sazlı-sözlü Ələsgər" adlı şeir müsabiqəsi və rəsm sərgisi təşkil olunmuşdur. Müsabiqənin əvvəlində Dədə Ələsgərin həyatı və yaradıcılığı haqqında məlumat verən şagirdlər daha sonra bir-birindən maraqlı şeirlər səsləndirmiş, Ələsgərin Vətən sevgisini, təbiət vurğunluğunu özündə əks etdirən rəsmlər təqdim etmişlər.

Sonda qalib gələn şagirdlər mükafatlandırılmış, müsabiqə iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi