Qarabağ Azərbaycandır !

4 oktyabr tarixində məktəbdə U.B.R- i Aytən Yusifovanın təşkilatçılığı ilə "Zəfər Günü" nə həsr olunmuş "Qarabağ Azərbaycandır!" başlıqlı tədbir keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə davam etdi. Şagirdlər vətənə həsr olunmuş şeir, rəqs, mahnı nümunələri nümayiş etdilər. Tədbir məktəbin fəxri qonaqları olan şəhid İman və Bəhrəm Məmmədzadə qardaşlarının valideynlərinin və məktəb direktoru Vələddin Nurəddinovun çıxışları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi