Respublika Fənn Olimpiadaları
30 oktyabr tarixində Respublika Fənn Olimpiadalarının məktəb mərhələsi təşkil olundu. Bu mərhələdə şagirdlər aşağı yaş qrupu ( VIII və IX siniflər) və yuxarı yaş qrupu üzrə ( X-XI siniflər) onlara təqdim olunmuş sualları cavablandırmağa çalışıblar. Məktəb mərhələsində şagirdlər öz biliklərini Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, fizika, kimya, biologiya, informatika və riyaziyyat fənlərindən sınayıblar. Eyni zamanda IV - V- VI sinif şagirdləri də məntiq və riyaziyyatdan biliklərini yoxladılar.