Qələbəyə gedən yol

Bu gün S. Abbasov adına 117 nömrəli tam orta məktəbdə 18 oktyabr Dövlət Müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə tədbir keçirilmişdir. 6 G sinfinin rəhbəri Rəsmiyyə Həsənovanın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rəsmiyyə müəllimə şagirdlərə 1990-cı illərdə azadlıq uğrunda aparılan mübarizədən, məktəbimizin adını daşıyan şəhid Sabir Abbasovun həyatından, İkinci Qarabağ Müharibəsində əldə olunan qələbədən söhbət açmışdır. Şagirdlər vətənə həsr olunmuş şeirlər səsləndirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi