Qarabağ Azərbaycandır !

27 sentyabr II Qarabağ Müharibəsi şəhidlərinin "Anım Günü" münasibəti ilə məktəbdə silsilə tədbirlər keçirilmişdir. Onlardan da biri 1m sinif müəllimi Aytən Novruzovanın təşkil etdiyi tədbirdir. Tədbirin Suqovuşan, Talış kənd, Qubadlı, Laçın, Kəlbəcər, Hadrutun azadlığı uğrunda gedən döyüşlərində iştirak etmiş Rəsulov Şahbaba Rəsul oğlu, Ağdam, Qubadlı, Kəlbəcər, Laçının azadlığı uğrunda gedən döyüşlərində iştirak etmiş Cümşüdzadə Rüstəm Raqif oğlu ve Fizuli, Cəbrayıl, Xocavənd, Hadrutun azadlığı uğrunda gedən döyüşlərində iştirak etmiş Malıyev İsmayıl Savad oğlu qonağı olmuşdur. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlərimiz qonaqlara vətənpərvərlik mövzusunda şeirlərini səsləndirmişlər. Qazilərin müharibə ilə bağlı olan söhbətləri böyük maraqla dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi