Qaliblərin qalibi

26 may tarixində sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının final turu təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir. Məntiq olimpiadasında məktəbimizin 5 B sinif şagirdi Yaqubov Məhəmməd Kamran oğlu birinci yerə çıxaraq qızıl medala layiq görülmüşdür. Məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə müəllimlər tərəfindən məntiq dərsləri keçirilmiş və sonda uğur qazanılmışdır. Qalibiyyət münasibəti ilə şagirdimizi, müəllimlərini və ailəsini təbrik edir, uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi