Şəhidlər ölməz , Vətən bölünməz

" Şəhidlər ölməz, Vətən bölünməz".

21 mart tarixində məktəbin fiziki -tərbiyə müəllimi Ülvi Əhmədovun rəhbərliyi ilə məktəbin 10p peşə təmayüllü sinfi II Qarabağ Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Binə şəhidlərini ziyarət etdilər.

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə martın 21-də Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladları bir dəqiqəlik sükutla yad edilmiş, məzarları üstünə gül dəstələri qoyulmuşdur.

Şagirdlərlə yanaşı tədbirdə Xəzər Gənclər və İdman İdarəsinin rəhbəri Vüqar Əliyev, bələdiyyə nümayəndəsi Habil Həmidov da iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi