Tarixçi alim ilə görüş

Şagirdlər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və 28 may Respublika günü münasibətilə məktəbimizdə 26 may 2016-cı il tarixində Bakı Dövlər Universitetinin dosenti, I Qarabağ müharibəsi veteranı, tarixçi alim Atamoğlan Məmmədli ilə görüş təşkil olundu. Tədbir zamanı Atamoğlan müəllim öz həyat yolu və yaradıcılığı haqqında, Respublika günü haqqında geniş məlumat verdi. Şagirdlərimiz alimin "Şəhidlərə kəfən lazım deyil" pyesindən bir parçanı səhnələşdirdilər. Atamoğlan müəllim pyesin kitabını məktəbə hədiyyə etdi. Tədbirin təşkil edilməsinə görə məktəbimizin tarix müəllimi Rzayeva Şöləyə məktəb rəhbərliyi adından təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi